Bütün tərəflər üçün pay artırılır| Rusiya Dnestryanı bölgəsini müharibəyə cəlb edəcək?
Bu çoxlu hərəkət və imkanlar aprelin 10-da kəskin azaldı. Daha doğrusu, Ukrayna və Böyük Britaniyadan gələn xəbərlərə görə, Moskva Ukraynada döyüşmək üçün Dnestryanıdan əsgərlər cəlb edir, bu da Rusiyanın bu münaqişə üçün kifayət qədər qoşun tapmaqda çətinlik çəkdiyini əks etdirir. Həmçinin, Ukrayna hərbi komandirləri Dnestryanıdan yaxınlıqdakı liman şəhəri Odessa kimi Ukrayna hədəflərinə hücumlar üçün istifadə etməyə cəhd edən istənilən Rusiya təyyarəsinin vurulacağını bəyan ediblər.
Ukraynanın qorxuları əsassız görünmürdü. Həm “Dnestryanı”, həm də Moldova rəsmiləri inkar etməyə çalışsalar da, Rusiyanın Dnestryanıdan Ukraynaya qarşı təxribatlarının mümkünlüyü barədə şayiələr yayılıb. Ukrayna ilə Moldovanın Dnestryanı arasındakı sərhədə nisbətən zəif nəzarətini və Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsinin başlamasından etibarən, demək olar ki, 29.000 ukraynalının həmin separatçı bölgəyə qaçdığını nəzərə alsaq, vəziyyət qaranlıq olaraq qalır. Bununla Ukraynaya geri göndərilə bilən və ya başqaları tərəfindən Ukrayna hədəflərinə gizli hücum üçün istifadə oluna bilən gizli insan qrupları yaranıb.
Bu arada, daha üç hadisə suları daha da bulandırıb, Dnestryanı bölgənin Rusiyanın Ukraynaya hücumunda və ya daha geniş şəkildə müəyyən (hazırda qeyri-müəyyən) rol oynaması ehtimalını artırır. Birincisi, seperatçı Dnestryanı “rəsmiləri” Ukraynadakı hadisələrin Moldovanın təxribatlarına və ya Ukrayna qüvvələrinin ona qarşı istifadəsinə səbəb olmasın deyə, Moldova hökumətindən dərhal “sivil ayrılma” haqqında danışıqlara başlamağı və beynəlxalq ictimaiyyətin onu müstəqil dövlət kimi tanımasını tələb etdilər. Bu tələblər və onların söykəndiyi iddialar, əlbəttə ki, Moskvanın Dnestryanı ərazini istismar etməsi üçün növbəti cəhd ola bilər, ancaq bu dəfə təkcə Moldovaya deyil, həm də Ukraynaya qarşı planlar nəzərdən keçirilir. Tiraspoldakı Moskvapərəst rejimin Moldovada “nasizm”lə, məhz Kremlin Ukrayna haqqında işlətdiyi dillə mübarizə aparmağın zəruriliyindən danışmağa başladığını nəzərə alsaq, bu ikinci ehtimal olduqca inandırıcı görünür.
İkincisi, Rusiyanın Ukraynaya doğru irəliləməsi Dnestryanıdakı “kölgə fiqurları”nın Şərq-Qərb ticarətini “qara bazar”da davam etdirmək imkanlarının azalmasına təsir etdi. Ən çox zərbə alan firmalardan biri olan “Şerif” korporasiyası, görünür, bundan çıxış yolu axtarır. Yerli media orqanlarına nəzarəti və Dnestryanı “siyasətçiləri”nə birbaşa təsiri ilə şirkət indiyə qədər şərqə doğru Ukraynanın istifadə etdiyi marşrutları əvəz etmək üçün Moldovadan cənuba gedən marşrutları açacaq yeni yanaşma irəli sürür. Görünür, bu səy Dnestryanı “rəsmiləri”nin Kişinyovdakı rəsmilərlə mümkün sazişlə bağlı yeni danışıqlarının arxasında dayanır. Bu hərəkətlər də yalan ola bilər və bu, onsuz da qeyri-sabit olan vəziyyəti daha da çətinləşdirir.
Üçüncüsü, rusiyalı şərhçilər Dnestryanı üçün bir neçə mümkün gələcəyi qeyd edirlər və 1990-cı illərdən bəri istifadə etdikləri daha geniş dildən istifadə edirlər. Məsələn, biri deyir ki, separatçı rejim tezliklə Donetsk və Luqansk kimi mərhələli şəkildə Rusiyanın tərkibinə daxil ola bilər. Başqa bir ehtimal kimi, “RuBalticportal” nəşrinin yazarı İlya Kiselyov qeyd edir ki, Dnestryanı yeni və daha böyük rolu öz üzərinə götürəcək, çünki buradakı separatçılar Rusiya qüvvələrinin tezliklə indiki Ukrayna ilə həmin bölgə arasında sərhəddə olmasını gözləyir. Bu baş verərsə, o, qeyd edir ki, Dnestryanı üçün hadisələrin gələcək inkişafı bir neçə ssenari üzrə baş verə bilər. Rusiya qüvvələrinin Dnestryanı ilə sərhəddə olması Moskvaya digərlərində olduğu kimi, həmin separatçı rejimi “müstəqil” kimi tanımağa imkan verə bilər. Yaxud Moskva Moldovada təsir rıçaqlarını saxlamaq istəsə, o zaman Moskvanın Dnestryanı ərazinin “müstəqilliyini” tanımamasının bədəli kimi Kişinyovdan Rusiya ilə sıx əlaqələri olan Dnestryanıya geniş muxtariyyət verməsini tələb edə bilər. Ancaq hər iki halda, Kiselyov iddia edir ki, əgər həqiqətən də yeni bir “dəmir pərdə” qalxarsa, Moskva bu bölücü xəttin indiki Ukrayna və Moldova arasında mövcud olan sərhədlərdən deyil, Dnestr çayı boyunca keçməsinə əmin olmaq üçün əlindən gələni edəcək.
Kiselyov iddia edir ki, Moskva tezliklə nə edəcəyinə qərar verməlidir, çünki qeyri-mümkün görünə bilən, lakin “mümkün olmayan” başqa bir variant var: “Dnestryanı” öz iqtisadiyyatını xilas etmək, ABŞ və Avropa İttifaqından yardım almaq üçün Kişinyovla birlikdə “Qərbə getməyi” seçə bilər. Kiselyov, bunun Moskva üçün ciddi mənfi nəticələrə səbəb olacağını və buna görə də Rusiyanın buna imkan verməyəcəyini düşünür.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı